Qırmızı çadır
Qırmızı Çadır ta qədim zamanlardan analarımızdan, nənələrimizdən bizə ötürülən qadının yeridir. Adı Qırmızı - Qadına məxsus menstruasiyanın rəngi🩸, Çadır isə Qadının yuvasıdır⛺️ Qadınlar toplaşırıq çadırımıza hekayələrimizi paylaşırıq, etiraflarımızı edirik, bəzən ağlayırıq, bəzən qəhqəhə çəkirik.. şəfa praktikaları edirik, özümüzü - fiziki, emosional, mental və ruhsal bədənimizi qidalandırırıq.. bir sözlə birlikdə şəfalanırıq
Bir Qadının dili İlə..
Bugün QIRMIZI ÇADIRın doğulduğu gündür!⛺️böyük gündür! O Çadır ki hər dəfə yeni möcüzələrin cücərtilərini atdı içimizdə, məni böyütdü, gözəl böyütdü, qadınlığın istisini verdi bizə, şərtsiz sevgini öyrətdi, yeni doğulan körpənin ana qucağındakı şərtsiz sevgi və qayğı ilə əhatələndiyi kimi qucaqladı bizi, güzgü oldu bizə, əlimizi ilk dəfə Ana Rəhmimizə qoyduq, onu etiraf etdik, ürəyimizlə danışdıq bir-birimizlə.. heç kim demədiklərimizi, deyə bilmədiklərimizi dedik, paylaşdıq, qucaqlaşdıq, sağaldıq, yenidən doğulduq. Qırmızı rəngi çox sevirəm, Qırmızı Çadır mənim həyatımın ən sevdiyim qırmızısıdır, sanki gözəl bir sirrimdir, içimdəki mənin yuvasıdır, Mandalanın əyani formasıdır sanki. Gülnar xanım, bu ideyanı doğduğunuz gün mübarəkdir, siz mübarəksiniz!
Nə yaxşı ki varsınız, Mandala var, Qırmızı Çadır var! Nə yaxşı ki çevrədəki qadınlar var! Mənim ən əsas arzum daha çox qadının özünə bunu rəva görməsidir, özünə verməsidir! Qoy Mandala, Qırmızı Çadır böyüsün, çoxalsın, daha çox qadına toxunsun! Mən 1 dəfə belə Çadıra gəlmiş qadınların oradan necə fərqli çıxdıqlarını, yumyumuşaq olduqlarını, özlərinə, yerlərinə qayıtdıqlarını görmüşəm. Ürəyim fərəh hissi ilə doludur. Doğum günün mübarək olsun Qırmızı Çadır! Yüz, min, milyon illərlə ol🎉 ♥️
