Qadınların dili İlə...
Salamlar, mən heç yorğun deyiləm özümü daha fərqli hiss edirəm, çox gözəl hisslər yaşayıram. Bu 2 gündə çox fərqindəliklər yaşadım və bir çox şey başa düşdüm, həyatımın yeni bir hissəsinə keçid etdiyimi düşünürəm. Hər birinizdən ayrı bir şey öyrəndim və buna görə çох təşəkkür edirəm, hamınız çox güclü və özəl ruhlarsınız. Ümid edirəm sizinlə bir daha görüşmək mənə nəsib olar. Bir daha təşəkkürlər və hamınızı sevgi dolu və sehrli ömür arzulayıram
Sənin ordun, qəbilen onsuzda çoxdu daha da çoxalacaq inşaallah. Çünki Sən bir qadına sehirli toxunuşla onun həm keçmiş həm gələcəyinə faydan olmuş olur. Onun əcdadlarınin enerji sahəsi dəyişir, gələcəkdə nəslinə gələn Ruhlarının fərqliliyə təsirin olur. Sənin qəbilən, ordun ən güclüdür, qadınlar ordusudur.Mudriklik toxumunu əkdiyin, bəsirət gözünü açdığın, özünü tanimaq, inkişaf fürsəti yaratdığın Qadınlar toplusudur Sənin ordun. Hər əkdiyin toxum Sənin indiki, gələcək təcəssümlərinə, ilahi qeydlərinə etdiyin ən böyük qiymətli yatırımdır, Masterimiz. Mən də Sənin əsərinəm. Səni sevirəm. Sonsuz təşəkkür edirəm
Mən də bu dəfə rahat və hüzurluyam, sanki heremiz pazlin bir hissəsiyik birlikdə gözəl mənzə ortaya chixir Mandala sayəsind men hisslərimi bildirməyi, ureyimden kecheni qucaqlayıb opmeyi öyrənmişəm, tanımadığım ilk gördüyüm insanı sevməyi öyrənmişəm, şərtsiz sevgi bu olsa gerek
Gülnar xanım, elə istəməyi öyrənməyə niyyət edirdim son günlərdə. Nə qəşəng praktika oldu, sizlə birgə elədim bayaq. Mən nə vaxt halsız, xəstə olsam, ya da haramsa ağrısa canlı açırsız) axşamdan bəri ağrıyırdım, yumurtalıqlarımda kiçicik bir problem yaranmışdı, amma durub praktikanı elədim, elə rahatladım ondan sonra. Elə bil həmişə bu vaxtlarda şəfa ötürürsüz mənə çox sağ olun
Salamlar Men Arzu, qadin, ana, heyat yoldasi ve bir qiz ovladam. Mandalanin evvelki bir nece aylarinda qosulmusam. En son qosuldugumda ana rehmi ile ana ile bagli baglar uzerinde isleyirdik ve aldigim sefani yazi ile ifade ede bilmeyim imkansizdir. Cunki sefasini uzerinden nece zaman kecdikden sonra tam anlaminda derk etmisdim. ve yene yeni bir sefani qebul edecek gucu hiss etdim ozumde ve yeniden bu cevreye qatilmaga niyyet etdim her birinize sevgimi gonderirem, ugurlar
Mənə elə gəlir ki hər çadır mandala şəklinin geniş dairəsindən içəriyə doğru hərəkət edir. İlk dəfə başqa təcrübə başqa hisslər, mandalanın birinci halqası oldu, budəfəki mandalanın ikinci halqası idi daha başqa naxışlı halqa idi. Hər dəfə halqalar balacalaşdıqca biz də sanki içimizə, özümüzə dönəcəyik. Qadın nəhayət ki öz yerində olacaq, öz içində, o ən ilk başlanğıca ilk kiçik dairəyə qayıdacaq və rəsm tamamlanacaq. Mandalanın hər halqası isə fərqli naxışda olacaq. Çünki hər dəfə təzə qızlar gələcək, bəzən keçən dəfə gəlib fərqli naxış qoyanlar növbəti dəfə olmayacaq. Ümumiyyətlə olsa belə, eyni olmayacaq tamam başqa inkişaf səviyyəsində olacaq.
Qalxanabenzer vezin e sesi praktikasini etdim çoox rahatladim. Sesleri edib elimi bogazima götürüb sonra elimi cirpib silkeliyirdim sanki bedenimde olan o lazimsiz düşünceleri atirdim. Qarin hissemde oldu gərginlik amma indi orada vibrasiya var. Amma bu praktiksni efib bitirdikden sonra sevdim elə rahatlama geldi yorğun halimda
Qızlar, nazlar kremlərinizi, yağlarınızı artı.. Gülnar xanım mən üz kremi istifadə edirəm hər səhər. Üzümdə 4 aydır ki hormonal səpkilər var idi. Atomdan sonra xeyli azalsa da ara sıra çıxırdı və köhnələrin yeri çapıq kimi qalmışdı. Mənim üzüm sağaldı Gülnar xanım səpkilərin yeri gedib, iri olanlar çox çox solub və yeniləri artıq çıxmır. Çox təşəkkür edirəm yenilərini gətirsəz artıq 3 dənəsi üçün namizədəm
Gulnar xanim, Mandala heqiqeten bir mektebdi. Buna gore bir daha tesekkur etmek istedim. Bugun bir xeyli izleyici yazib, coxu bedenini tanimayan, ferqindeliyi asagi olan. Bir xanim yazdi PCOS olsa da insulin direnci olsa da mualicenin fayda etmediyini gorub (3-4 il BC dermanlari icib) ozu oz azad iradesi ile dermanlari atib ve bedeni ile connection yaratmaq isteyib. Ve dedi ki Mandaladanam. Bunu esidende dogmami ezizimi esitmis kimi oldum. Ve cox sevindim ki ferqindelikli xanimdi. Cunki o Mandalanin mezunudu. Mence Mandaladan daha cox qadin kecmelidi. Daha cox qadinlara elcatan olmalisiniz. Bu sozleri mene kainat dedizdirdi. Mesajinizi alin
