Gülnar Təbrizi

Mən, Gülnar, Afətin qızı, Rəfiqə və Siddiqənin nəvəsi, Xuraman və Səkinəxanımın nəticəsi.. 39cu qışımı yaşayıram.. anayam, 2 ilahi qız övladım var, Amelie və Amber..

Untitled-1

Qadınam, sevgiliyəm, bacıyam, dostam, kimlərəsə müəlliməyəm. (Hələ də müəllimlik dövrümün bəhrələri ilə qarşılaşıram üstündən 13 il keçsə də… keçmiş Qafqaz Universitetində dərs demişəm, maraqlıdırsa😉)

Sonra qonaqpərvərlik sahəsində lüks otellərdə Təlim və İnkişaf meneceri işləmişəm, 10 ilə yaxın oteldən otelə gəzib 100lərlə insanlarla ünsiyyətdə olmuşam…(Hilton Baku, Four Seansons Hotel Baku hər biri bir möhtəşəm layihə, 100lərlə ürəyin toplaşdığı sahələr…)

Halhazırda Azərbaycanda yaşayıram, doğma yurdda, ancaq ikinci sevimli yurdum Böyük Britaniyadır… bir ayağım oradadır🤷🏻‍♀️

Bu səhifə 2019cu ildə 2 əziz dostumun dəstəyi və məni çoxluq tanısın niyyəti ilə açılıb… ancaq qadın haqqlarını müdafiə, seksual sağlamlıq/fərqindəlik, emosional dəstək universtitet illərimdən həm maraq həm də fəaliyyət sahəm olub…

Uzun uzadı haralarda nə təhsili almağımı yazmayacağam, çünki o təhsillər mənim ağlıma qida, divarlarıma bəzək sertifikat/diplomlar olublar… Əsas bugünkü Gülnarı sizin qarşınıza əminliklə çıxaran hər bir ünsiyyətdə olduğum, görüşdüyün, münasibətdə olduğum insanlar olublar… (ailəm, tələbələrim, iş yoldaşlarım, dostlarım, bələdçilərim, bələdçi olduqlarım… Siz🙏🏼

4

Halhazırda müxtəlif individual şəxsə uyğunlaşdırılmış fərdi terapevtik seanslar, toplu seanslar, kakao seremoniyası, qədim ənənələrə sadiq bitkisəl şəfalanma, aroma terapiya, səs terapiyaları, şəxsi inkişaf, material və ruhsal, seksual fərqindəlik yolunda bələdçilik edirəm.

  • Qadının Qadına dəstəyi ənənəsini diriltmək və davam etdirmək
  • Təbiətlə ahəngdə yaşamağı ÖZümüzə xatırlatmaq 
  • Sadə və effektiv, sadə və ahəngdə, sadə və təbii şəkildə həyatdan zövq almaq yolunda bələdçilik edirəm…

Sevgi ilə♥️

Gülnar Aelia